“Moskva bu regionlarda “oyuncaq hökumət” quracaq” - ABŞ kəşfiyyatı

moskva-bu-regionlarda-oyuncaq-hokumet-quracaq
Oxunma sayı: 4406

Amerika kəşfiyyatı yeni iddia ilə çıxış edib.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, iddiaya görə, Moskva administrasiyası Ukraynadan Luqansk, Donetsk və Xersonu ilhaq edəcək və saxta referendumlar keçirərək bu bölgələrdə Rusiyaya bağlı “oyuncaq rəhbərlər” yerləşdirəcək.

Bu iddia ilə ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter çıxış edib.

O, bəyan edib ki, Moskvanın nəzarətində olacaq “marionet liderlər” bu bölgələri ələ keçirərək Ukraynaya nəzarət etməyə çalışacaqlar.

Maykl Karpenter bəyan edib ki, Rusiyanın planı uğurlu olmaya bilər.

Qeyd edək ki, Donetsk və Luqansk qismən rusiyayönlü separatçı qüvvələrin nəzarətindədir. Xerson martın 15-dən Rusiyanın nəzarəti altındadır.