Moskva- Fərqanə reysində sərnişin öldü

Moskva- Fərqanə reysində sərnişin öldü
Oxunma sayı: 1125

Moskvadan Özbəkistanın Fərqanə şəhərinə uçan təyyarə Samaranın “Kurumoç” hava limanında təcili eniş etməli olub.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, buna sərnişinlərdən birinin dünyasını dəyişməsi səbəb olub.

Qeyd olunur ki, adı açıqlanmayan şəxs anidən özünü pis hiss edib. O, tibb işçiləri gələnədək vəfat edib. Sərnişinin Qazaxıstan vətəndaşı olduğu bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi