Moskva ilə gizli razılaşmaların mövcudluğunu inkar etdi

moskva-ile-gizli-razilasmalarin-movcudlugunu-inkar-etdi
Oxunma sayı: 1420

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak onunla Rusiya Federasiyasının nümayəndələri arasında gizli razılaşmaların mövcudluğuna dair iddiaları təkzib edib. “Qafqazinfo” bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

“Sizə tam məsuliyyətlə deyə bilərəm ki, Rusiya Federasiyası ilə heç bir gizli saziş yoxdur və əslində ola da bilməz”, - o, “Svoboda slova Savika Şustera” verilişinin efirində deyib.

Sentyabrın 9-da Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Boqdan jurnalist Dmitri Qordona müsahibəsində bildirib ki, onun məlumatına görə, Ukrayna hökuməti təmsilçilərinin rusiyalı vəzifəli şəxslərlə Krımın statusu, Rusiya ilə aviasiya əlaqəsi, əsirlərin mübadiləsi və bir sıra digər razılaşmalar barədə razılaşmaları mövcuddur. Sentyabrın 10-da Dövlət İstintaq Bürosu (DİB) Boqdanı şahid kimi dindirilməyə çağırıb.

Sentyabrın 14-də DİB-də sorğu-sual edilməzdən əvvəl Boqdan qeyd edib ki, onda Yermakın Rusiya Federasiyasının nümayəndələri ilə “müəyyən razılaşmalar”ın sənədli təsdiqi yoxdur, lakin onların mövcudluğuna əmindir.