“Moskva İrəvanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb”

moskva-irevanla-munasibetlerin-soyumasinin-tesebbuskari-olmayib
Oxunma sayı: 1016

“Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün keçirdiyi brifinq zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsi barədə danışarkən deyib. 

“Biz xatırlayırıq ki, Ermənistanda hazırkı rəsmi şəxslərin bir çoxu hələ müxalifətdə olarkən ölkəni KTMT, Avrasiya İqtisadi İttifaqından çıxmağa çağırırdılar. Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə də bizim İrəvandan uzaqlaşmağa dair ən kiçik istəyimiz belə yox idi”, - deyə Lavrov qeyd edib.