“Moskva” kreyserində yanğın ocağı lokallaşdırıldı

moskva-kreyserinde-yangin-ocagi-lokallasdirildi
Oxunma sayı: 1926

Rusiyanın “Moskva” raket kreyserində yanğın ocağı lokallaşdırılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, kreyser hazırda üzən vəziyyətdədir və onun limana tərəf çəkilməsi ilə bağlı tədbirlər görülür.

Xatırladaq ki, Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib. Yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

Qeyd edək ki, daha öncə “Moskva” kreyserinin Ukrayna hərbçiləri tərəfindən “Neptun” raketləri ilə vurulduğu məlumatı yayılıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko bildirib. Məlumatda Rusiya gəmisinə ciddi ziyan dəydiyi qeyd olunub.