Moskva məhkəməsi teleqramı 4 milyon məbləğində cərimələdi

moskva-mehkemesi-teleqrami-4-milyon-mebleginde-cerimeledi
Oxunma sayı: 791

Moskva məhkəməsi Ukraynada xüsusi əməliyyatda iştirak edən rusiyalı hərbçilərin şəxsi məlumatlarını yayan botu və yanlış məlumatlar dərc edən teleqram kanalları silməkdən imtina edən teleqram mesencerini 4 milyon rubl (110 884 AZN) məbləğində cərimə edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məhkəmə qərarını hakim Timur Vaxrameyev oxuyub.

Şirkət nümayəndələri məhkəmə tarixini bilə-bilə prosesə qatılmayıb. Bununla əlaqədar olaraq işə onların iştirakı olmadan baxılıb.