Moskva meri yenə o oldu

moskva-meri-yene-o-oldu
Oxunma sayı: 2114

Moskvanın hazırki meri Sergey Sobyanin yenidən həmin posta seçilib.

“Qafqazinfo” xəbər verir ki, səslərin artıq 99,87 faizi hesablanıb. Bu barədə Moskva Şəhər Seçki Komissiyası məlumat yayıb. 

Nəticəyə əsasən, Sobyanin səslərin 70,14 faizini toplayıb. O isə hələ dünən, seçkinin ilk günü öz qələbəsini elan etmişdi.