Moskva metrosunda insident

moskva-metrosunda-insident
Oxunma sayı: 1520

Aprelin 8-də axşam saatlarında Moskva metrosunda insident baş verib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskvanın “Kalujskaya” stansiyasında kişi sərnişin münaqişə zəmnində digər sərnişinlərdən birinin başına silahla iki dəfə atəş açıb.

Xəstəxanaya çatdırılan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 60 yaşlı polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.