“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, tədbirdə Rusiyanın 40 regionundan, habelə dünyanın 15 ölkəsindən, o cümlədən İtaliya, Tailand, Azərbaycan, İspaniya, Meksikadan aşpazlar iştirak edirlər. Aşpazlar Moskvanı şirni sevənlər üçün əsl cənnətə döndərməklə, öz məharətlərini nümayiş etdirmək üçün festivala toplaşıblar. Onlar hamını uşaqların və böyüklərin ən sevimli şirnisi olan mürəbbəyə qonaq edəcəklər.
Festivalın qonaqları Rusiyanın bir çox regionundan müxtəlif çeşidli mürəbbələrin, o cümlədən qarpız qabığı, yaşıl pomidor, küknar qozası, zəncirotu, zəncəfil, kaktus mürəbbələrinin dadına baxacaqlar. Arzu edənlər mürəbbə və şirniyyatın hazırlanmasında iştirak edəcəklər.
Son xəbərlər
Son Xəbərlər