Məlum olduğu kimi, dünən Moskvanın Qızıl Meydanında Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş qələbə paradı keçirilir. Keçirilən paradda ikinci dünya müharibəsi zamanı faşizm üzərində əldə olunan qələbədə Sovetlər birliyinin tərkibində də olsa, Azərbaycan və azərbaycanlıların əvəzolunmaz rola malik olmaları səbəbindən, ənənəvi olaraq Azərbaycan ordusunun Ali baş komandanı və hərbçiləri də həmişəki kimi dəvət olunmuşdu.
Ölkə başçısının məlum səbəblərdən iştirak edə bilmədiyi paradda, dövlətimiz Müdafiə naziri səviyyəsində təmsil olundu və Azərbaycan istehsalı olan “Aztex” hücum silahları ilə hərbçilərimizin baş tutan möhtəşəm keçidi, hər bir vətəndaşımızda qürur və fəxarət hissi yaratdı. Müntəzəm olaraq keçirilən və bütün dünyanın diqqət mərkəzində olan, ənənəvi qələbə paradlarında, ölkəmizin və əsasən də hərbçilərimizin iştirakı, xalqımızın təbii haqqı olmaqla yanaşı həm də, müharibə şəraitində olan dövlətimiz üçün çox böyük rəmzi mənaya malikdir.
Bu il keçirilən paradda bir sıra dünya liderləri ilə yanaşı tanınmayan Abxaziya və Cənubi Osetiyanın başçılarının da iştirak edəcəklərilə bağlı məlumat fürsətcil və spekulyant düşmənlərimizi hərəkətə gətirmiş, onlar da, özlərindən başqa heç bir dövlət tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ rəhbərliyinin iştirakı ilə bağlı Moskvaya ciddi xahişlər və ricalar ünvanlasalar da, buna nail ola bilməmişlər.
İlk öncə, bu məsələnin Rusiya üçün çox böyük əhəmiyyətə və ciddi müttəfiqlik roluna malik olan Azərbaycan üçün, nə dərəcədə həssas və önəmli olduğunu yaxşı anlayan Moskva buna gedə bilməzdi. Eyni zamanda da, pandemiyanın bütün dünya ilə yanaşı, dünya iqtisadiyyatını da ciddi şəkildə yoluxdurduğu bir məqamda ayrı-ayrı dövlətlərə və təşkilatlara ciddi maliyyə yükü olan qondarma rejimlər, artıq onların maraq obyektlərində olma rollarını sürətlə itirməkdədirlər. Zənnimcə bu gün, küçələrdə qucağında körpə uşaq gəzdirərək dilənçiliklə məşğul olub, o körpəyə acıyacaq insanlardan pul dilənənlər kimi, Qondarma Dağlıq Qarabağdan eyni məqsədlərlə istifadə edərək bütün dünyada səfil rolunu oynamaqda olan Ermənistanın özünün mövcudluğu belə, həmin yardımların kəsiləcəyinin labüd olacağı yaxın gələcəkdə ciddi sual altına düşəcəkdir. Həm bu səbəblərdən, həm də Erməni tərəfinin bu məsələdə Moskvaya ünvanlanan ciddi israrları Ermənistanın özünün bu paradda iştirakını istisna edəcək vəziyyətə gətircəyini anladıqdan sonra işğalçı Paşinyan rejimi bu iddiasından əl çəkmək məcburiyyətində qalmışdır.
Bu gün, bütün dünyanı vahimə və qorxu altında saxlayan pandemiyanın çoxsaylı zərərlərilə yanaşı, mənfur düşmənlərimizin timsalında, təsadüf nəticəsində qurulmuş dövlətlərin və onlara rəhbərlik edən rejimlərin mövcudluqlarını ciddi təhlükə qarşısında qoymaqla bağlı, xeyirli tərəfləri də vardır. Çünki, bu günə qədər dünya iqtisadiyyatında aparıcı mövqeyə malik olan, bir çox güclərin maraqlarının kölgəsində gizlənməklə var-gəl edərək dolanışıq əldə edən rejimlərin, himayədarlarının iqtisadiyyatı pandemiya nəticəsində iflic duruma gəlmişdir. Buna görə də, hazırki çətin iqtisadi durumdan birmənalı olaraq yalnız, başqa-başqa dövlətlərin maliyyə yardımlarına ümid bəsləməyən, bütün istiqamətlərdə olduğu kimi iqtisadi sahədə də, müstəqil siyasət yürüdən, idxal və ixrac proseslərini kiminsə diqtəsilə deyil, özü tənzimləyən dövlətlər üzü ağ çıxa biləcəklər.
Siyasi şərhçi Xəyal Bəşirov
Son xəbərlər
Son Xəbərlər