Moskva-Tbilisi avtobusu qəzaya uğradı - 2 ölü, 9 yaralı + Video

moskva-tbilisi-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 1294

Moskva-Tbilisi marşrutu üzrə hərəkət edən avtobus Rusiyanın Lipetsk vilayətinin Stanovlyansk rayonunda qəzaya uğrayıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini aşırıb.

İnsident nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Xəsarət alanların altısı 1 nömrəli Yeletsk şəhər xəxstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır qiymətləndirilir, daha biri isə yüngül dərəcəli xəsarət alıb.

Hadisə yerində 10 təcili yardım briqadası çalışır.

Faktla bağlı cinayət işi açılıb.