“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova

moskva-tezlikle-abs-in-sanksiyalarina-cavab-verecek
Oxunma sayı: 1346

“Moskva tezliklə ABŞ-ın yeni sanksiyalarına öz cavabını verəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib:

“Bizim cavabımız qaçılmazdır və o hazırlanır. Siz onu tezliklə biləcəksiniz. Ekspertlərimiz hazırda birbaşa cavab addımlarının hazırlanması ilə məşğuldurlar”.

Zaxarova qeyd edib ki, Vaşinqton yeni anti-Rusiya sanksiyalarını tətbiq edərək sadəcə Moskva ilə münasibətləri pozmağa çalışır.