Moskvada 134 ilin ən isti havası qeydə alındı

moskvada-134-ilin-en-isti-havasi-qeyde-alindi
Oxunma sayı: 3039

İyulun 2-də Moskvada havanın temperaturu ilə bağlı 134 illik rekord qeydə alınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlayıb. 

Belə ki, dünən Moskvada havanın temperaturu +32°C təşkil edib və 1890-cı ilin rekordunu yeniləyib. 

“Fobos” mərkəzi isə bu gün paytaxtda havanın temperaturunun müsbət 33 dərəcəyə çata biləcəyini, bununla da 1917-ci ilin rekordunu yeniləyəcəyini proqnozlaşdırıb.