Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qaldı - Video

moskvada-16-ci-mertebeden-yixilan-qadin-sag-qaldi
Oxunma sayı: 3493

Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvanın Fövqəladə Hallar Xidmətindən bildirilib. Qadın binanın girişindəki qarla örtülmüş üzlüyə düşüb.

Hazırda həkimlər xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək üçün çalışır.