Moskvanın Presnenski rayon məhkəməsi 27 iyul hadisələrinə görə daha 4 nəfər barəsində həbs qərarı çıxarıb.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunlar İvan Podkopayev, Aleksey Minyaylo, Kirill Jukov və Səmərəddin Rəcəbovdur.
Hər 4 nəfər ədalətli seçkilər üçün razılaşdırılmamış mitinq zamanı kütləvi iğtişaşlarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi) iştirak etməkdə günahlandırılır. Jukov və Rəcəbova həm də dövlət məmurlarına qarşı zor tətbiq etməkdə ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 1-ci hissəsi). Lakin onlar ittihamları qəbul etmirlər.
Təqsirləndirilən şəxslərin vəkilləri həbs, habelə ev dustaqlığı ilə əlaqəli olmayan həbs qətimkan tədbirinin seçilməsinin mümkünlüyündə təkid ediblər. Aleksey Minyaylonun valideynləri məhkəməyə oğullarının 1 milyon rubl qarşılığında sərbəst buraxılmasını təklif ediblər.
Xatırladaq ki, 27 iyulda Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib. Kütləvi mitinqdə təxminən 700 jurnalist və bloqqer olmaqla ümumilikdə 3 min 500 nəfər iştirak edib. Nəticədə, 1400-ə yaxın nümayişçi saxlanılıb, onlardan 152 nəfəri indiyə qədər polis bölməsindədir.
Son xəbərlər
Son Xəbərlər