Moskvada aeroportu su basdı - Fotolar+ Video

moskvada-aeroportu-su-basdi
Oxunma sayı: 2175

Moskvada güclü yağış nəticəsində yaranan selə görə “Şeremetyevo” Hava Limanına gedən yollar bağlanıb.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, aeroportun “B Terminalı” girişi bağlanıb. 

Hava Limanına gedən yollarda nəqliyyat vasitələrini su basıb. Nəticədə, yollarda 3 kilometrə yaxın tıxac yaranıb.

Bundan başqa, sosial şəbəkələrdə yayılan görüntülərdə aeroportu da suyun basdığı diqqətdən qaçmayıb.