Moskvada aeroportu su basdı, reyslər gecikir

moskvada-aeroportu-su-basdi-reysler-gecikir
Oxunma sayı: 2067

Moskvanın “Şeremetyevo” Hava Limanında uçuş zolaqlarını su basıb.

“Qafqazinfo” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, buna səbəb hazırda Moskvada müşahidə edilən qeyri-sabit hava şəraitidir.

Bu səbəbdən 21 reys gecikir, daha 2-si isə ləğv olunub. Bununla yanaşı, reyslərin bəziləri başqa şəhərlərə yönəldilib.