Moskvada anbarda güclü yanğın olub - Video + Yenilənib

moskvada-anbarda-guclu-yangin-olub-video-yenilenib
Oxunma sayı: 1185

Fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin Novıy qəsəbəsində anbarda güclü yanğın başlayıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, hadisənin rezin məmulatların saxlanlıldığı anbarın iki otağında baş verdiyi bildirilir. Yanğın 4000 kv.m.-lik ərazini əhatə edib.

Alovun söndürülməsi üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. 

**

Hadisə nəticəsində bir nəfər zərər çəkib. İlkin məlumata görə, Q.Yanov adlı şəxs yanıq xəsarətləri alıb. Anbarların ona məxsus olduğu ehtimal olunur.  

Yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.