Moskvada anbarda güclü yanğın - Zəhərlənənlər var

Moskvada anbarda güclü yanğın
Oxunma sayı: 1669

Moskvanın Lujnetskaya sahili rayonunda pirotexniki məhsulların saxlanıldığı anbarda yanğın baş verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər zəhərlənib. Onlardan biri anbar işçisi, üçü isə yanğınsöndürəndir. Yanğınsöndürənlərdən ikisi yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilməyib. 500 kvadrat metr ərazidə yanğının qarşısı alınıb.

Məlumata görə, anbarda 15 ton partlayıcı maddə və məişət pirotexniki məhsulları saxlanılıb.