Moskvada antiterror əməliyyatı rejimi tətbiq edildi

moskvada-antiterror-emeliyyati-rejimi-tetbiq-edildi
Oxunma sayı: 3602

Rusiya Milli Antiterror Komitəsi Moskva şəhəri, Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq olunduğunu elan edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

“Moskva şəhəri, Moskva və Voronej vilayətlərində mümkün terror aktlarının qarşısını almaq üçün antiterror əməliyyatı rejimi tətbiq edildi”, - qurumun məlumatında deyilir.

Bu ərazilərdə sözügedən rejim ilk dəfədir tətbiq olunur.