Moskvada atışma - Yaralılar var

moskvada-atisma
Oxunma sayı: 2259

Moskvanın cənubunda atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, atışma zamanı 2 nəfər yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Tərəflər arasında əvvəlcə mübahisə düşüb, daha sonra isə silahlı davaya çevrilib. Əsasən travmatik tapançadan atəş açılıb.

Polis hazırda insidenti törədənləri axtarır. Hadisənin səbəbləri araşdırılır.