Moskvanın mərkəzində İlyinka prospektində yerləşən “Qostinıy dvor” ticarət mərkəzinin yaxınlığında taksi sürücüsü avtomobili piyadaların üzərinə sürüb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisəni törətmiş sürücü saxlanılıb. Onun Qırğızıstan vətəndaşı olduğu bildirilir.
İlkin varianata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər