Naməlum şəxslər Moskvanın qərbində Mosfilmovsk küçəsində yerləşən Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar, daha sonra gizləniblər.
“Qafqazinfo” bildirir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“İndisent Mosfilmovsk küçəsində baş verib. Naməlum şəxslər Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atıblar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləniblər”, - agentliyin həmsöhbəti deyib. O, hücum edənlərin axtarıldığını əlavə edib.
Qeyd eddək ki, iyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda azərbaycanlılarla ermənilər arasında bir neçə toqquşma olub. Bundan əlavə, cümə günü gün ərzində Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər