Moskvada azərbaycanəsilli iş adamına məxsus bazarda yanğın - Video

moskvada-azerbaycanesilli-is-adamina-mexsus-bazarda-yangin
Oxunma sayı: 3322

Rusiyanın paytaxtı Moskvada “Sadovod” bazarında yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  

Yanğın səkkizinci sırada yerləşən ticarət pavilyonlarının birində qeydə alınıb.

Hazırda ziyarətçilərin təxliyə edildiyi vurğulanıb.

Yanğının sahəsi 20 kvadratmetr olduğu qeyd edilib.

Həmçinin, həmin bazarın azərbaycanəsilli iş adamlarına məxsus olduğu da bildirilib.