“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yaşayış evində təmir işləri aparan zaman fəhlələr içəridə atəş səsi eşidib. Hadisə yerinə gələn polis əməkdaşları ölmüş kişi meyiti aşkar ediblər. Öldürülən şəxsin 44 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub. O, başından, kürəyindən və qasıq nahiyyəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.
***
Kəpəz Tv-nin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarəsinin mətbuat xidməti faktı təsdiqləyib. Ölənin Gəncə şəhərində doğulan 44 yaşlı Azərbaycan vətəndaşının İsgəndərov Radik olduğu müəyyənləşib.
Son xəbərlər
Son Xəbərlər