Moskvada azərbaycanlılara məxsus restoran yanıb - Video

moskvada-azerbaycanlilara-mexsus-restoran-yanib
Oxunma sayı: 3702

Rusiyanın Moskva şəhərinin Lyublino rayonunda restoranda güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoranının banket zalı yanıb. Yanğın nəticəsində binanın damı qismən uçub.

İşçilər və ziyarətçilər, ümumilikdə 12 nəfər olmaqla oradan özləri çıxıb.

Əvvəlcə yanğının sahəsi 200 kvadratmetr olsa da, sonradan alov tikilinin 350 kvadratmetrini əhatə edib.

Restoranın azərbaycanlılara məxsus olduğu bildirilir.