“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, fotosərginin təşkilatçıları Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin və Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin iştirakı ilə Dövlət Dumasının Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupudur.
Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev sərgini açaraq bildirib ki, fotosərgidə Azərbaycanın “iqtisadi möcüzəsinin nəticələri” qarşıdakı Avropa Oyunlarına hazırlıq prizmasından əyani şəkildə göstərilib.
Qeyd edək ki, Kamerger döngəsində sərginin açılışına gələnlər arasında mükafatlar oynanılıb. Qaliblərə idman dükanına sertifikatlar, Azərbaycan mətbəxi yeməklərinin reseptləri olan kitablar, fotoaparat təqdim olunub.
Sərgi iyunun 11-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər