Moskvada baş verən yanğında ölənlərin sayı artdı - Yenilənib

moskvada-bas-veren-yanginda-olenlerin-sayi-artdi
Oxunma sayı: 4711

Moskvanın mərkəzində, Mejdunarodnaya küçəsində yerləşən “MKM” hotelin yerləşdiyi binada yanğın baş verib. Yanğın nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanan hoteldən 7-si uşaq olmaqla 11 nəfər xilas edilib.

Bildirilib ki, 300 kvadratmetr sahədə yanğın tam söndürülüb.

***

Yanğında ölənlərin sayı 7 nəfərə çatıb. 11 nəfər isə xəsarət alıb.