Moskvada binalar Azərbaycan bayrağının rənglərinə büründü - Fotolar

moskvada-binalar-azerbaycan-bayraginin-renglerine-burundu
Oxunma sayı: 12747

Moskvanın mərkəzi küçəsində binalar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə iki ölkənin bayraqları rəngində işıqlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Moskvanın mərkəzi Yeni Arbat küçəsindəki məşhur “kitab” binaları Azərbaycan və Rusiya bayraqlarının rəngində işıqlandırılıb.

Binaların üzərində “Azərbaycan, Rusiya, diplomatik münasibətlərin 30-cu ildönümü” sözləri yazılıb.