Moskvada COVID-19-dan ölənlərin sayı açıqlandı

moskvada-covid-19-dan-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1052

Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 622-yə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 902 701, ölənlərin sayı isə 15 260 nəfərdir. Ölkədə 177 143 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.