Moskvada daha 10 nəfər koronavirusdan öldü

moskvada-daha-10-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 832

Moskvada sutka ərzində daha 10 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 421 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 818 120, ölənlərin sayı isə 13 354 nəfərdir. Ölkədə 201 437 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.