Moskvada daha 10 nəfər koronavirusdan öldü

moskvada-daha-10-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 723

Moskvada sutka ərzində daha 10 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 720-yə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 946 976, ölənlərin sayı isə 16 189 nəfərdir. Ölkədə 169 457 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.