Moskvada daha 11 nəfər koronavirusdan öldü

moskvada-daha-11-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1064

Moskvada daha 11 nəfər Covid-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, ölənlərin əksəriyyətinin digər xroniki xəstəlikləri də olub. Onlar 48-86 yaş aralığında olublar. Bununla paytaxtda virusdan ölənlərin sayı 106 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada 21 min 102 nəfərdə Covid-19 aşkarlanıb. 181 nəfər isə dünyasını dəyişib.