Moskvada daha 11 nəfər koronavirusdan öldü

moskvada-daha-11-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 801

Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 375 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 795 038, ölənlərin sayı isə 12 892 nəfərdir. Ölkədə 201 816 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.