Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 677-yə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 927 745, ölənlərin sayı isə 15 740 nəfərdir. Ölkədə 175 904 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər