Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 698-ə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 937 321, ölənlərin sayı isə 15 989 nəfərdir. Ölkədə 171 909 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər