Moskvada sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 446 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 828 990, ölənlərin sayı isə 13 673 nəfərdir. Ölkədə 194 984 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər