Moskvada daha 12 nəfər koronavirusdan öldü

moskvada-daha-12-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1099

Moskvada sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 500-ü ötüb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 856 264, ölənlərin sayı isə 14 207 nəfərdir. Ölkədə 188 464 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.