Moskvada daha 13 nəfər koronavirusdan öldü

moskvada-daha-13-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 982

Moskvada sutka ərzində daha 13 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 434 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 823 515, ölənlərin sayı isə 13 504 nəfərdir. Ölkədə 197 794 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.