Moskvada daha 14 nəfər koronavirusdan öldü

moskvada-daha-14-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1133

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 389 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 800 849, ölənlərin sayı isə 13 046 nəfərdir. Ölkədə 588 774 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.