Moskvada daha 14 nəfər koronavirusdan öldü

moskvada-daha-14-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 759

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 460 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 834 499, ölənlərin sayı isə 13 802 nəfərdir. Ölkədə 191 042 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.