Moskvada daha 24 nəfər koronavirusdan öldü

moskvada-daha-24-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 986

Moskvada sutka ərzində daha 24 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4258 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 746 369, ölənlərin sayı isə 11 770 nəfərdir.