Moskvada daha 26 pasiyent koronavirusdan öldü

moskvada-daha-26-pasiyent-koronavirusdan-oldu
Oxunma sayı: 1013

Sutka ərzində Moskvada 26 nəfər Covid-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 3643 nəfərə çatıb. Qeyd edək ki, Moskvada 215 min nəfər koronavirusa yoluxub.

Rusiyada isə ümumilikdə 591 min nəfər koronavirusa yoluxub, 8 mindən çox insan dünyasını dəyişib.