Moskvada daha 29 nəfər koronavirusdan öldü

moskvada-daha-29-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1207

Moskvada sutka ərzində daha 29 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 234 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 739 947, ölənlərin sayı isə 11 614 nəfərdir.