Moskvada daha 39 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərin hamısına Covid-19-la yanaşı pnevmoniya diaqnozu qoyulub. Bununla da Rusiyanın paytaxtında koronavirus qurbanlarının sayı 3870 nəfərə çatıb.
Moskvada ümumilikdə 222 min yoluxma faktı qeydə alınıb. 152 min pasiyent isə xəstəliyə qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər