Moskvada daha 41 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlər 34-92 yaş aralığındadır. Onlardan bəzilərində şəkərli diabet xəstəliyi də olub. Bununla da Moskvada Covid-19 qurbanlarının sayı 366 nəfərə yüksəlib.
Qeyd edək ki, Rusiyada koronavirusdan 615 nəfər dünyasını dəyişib. 68 min 622 nəfər isə virus daşıyıcısıdır.
Son xəbərlər
Son Xəbərlər