Moskvada daha 44 nəfər koronavirusdan öldü

moskvada-daha-44-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 819

Moskvada daha 44 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 479 nəfərə çatıb.

Son məlumata görə, Rusiyada 6198 nəfərdə yeni yoluxma faktı qeydə alınıb. Ölkə üzrə bu rəqəm 87 min 147 –dir. Virusdan 794 nəfər ölüb, 7346 nəfər isə sağalıb.