Moskvada daha 48 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərin hamısına pnevmoniya və Covid-19 infeksiyasına yoluxma diaqnozu qoyulub. Bununla da Rusiyanın paytaxtında koronavirus qurbanlarının sayı 3531 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusdan indiyədək 7660 nəfər ölüb, 561 min 91 nəfər isə virusa yoluxub.
Son xəbərlər
Son Xəbərlər