Moskvada daha 49 nəfər koronavirusun qurbanı oldu

moskvada-daha-49-nefer-koronavirusun-qurbani-oldu
Oxunma sayı: 942

Moskvada ötən sutka ərzində daha 49 pasiyent COVID-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” "TASS"a istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 187-yə çatıb.

Rusiyada ümumilikdə 502 436 nəfər virusa yoluxub, 6 532 nəfər dünyasını dəyişib, 261 150 nəfər isə xəstəliyə qalib gəlib. 234 754 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.