Moskvada daha 49 nəfər koronavirusun qurbanı oldu

moskvada-daha-49-nefer-koronavirusun-qurbani-oldu
Oxunma sayı: 840

Moskvada daha 49 pasiyent COVID-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 483-ə çatıb.

Rusiyada ümumilikdə 553 301 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 478-i vəfat edib, 304 342-si sağalıb. Ölkədə 241 481 aktiv koronavirus xəstəsi var. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.